2 Oktyabr 2025 / 10:13

G7 Ukraynanın maliyyə problemlərini Rusiyanın köməyi ilə həll etməyi düşünür

G7 ölkələri Ukraynanın maliyyə problemlərinin həlli üçün müxtəlif variantları, o cümlədən dondurulmuş Rusiya aktivlərindən istifadəni araşdırır.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

G7-nin maliyyə nazirlərinin onlayn görüşündən sonra verdiyi bəyanatda onların hüquqi normalara uyğun hərəkət etmək niyyətləri vurğulanıb.

“Biz Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün geniş çeşidli variantları işləyib hazırlayırıq… digər məsələlərlə yanaşı, bu tədbirlərə Rusiyanın dondurulmuş suveren aktivlərinin tam dəyərinin razılaşdırılmış şəkildə istifadəsi daxildir”, – sənəddə vurğulanır.

Bundan əvvəl G7-nin maliyyə nazirləri Rusiyaya təzyiqləri artırmaq barədə razılığa gəliblər. G7 ölkələri həmçinin Ukraynadakı münaqişənin maliyyələşdirilməsinə töhfə verdiyinə inandıqları dövlətlərə ticarət məhdudiyyətləri tətbiq etməyi də nəzərdən keçirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!