2 Oktyabr 2025 / 12:23

Orban Ukrayna ilə bağlı müharibə təhlükəsi barədə xəbərdarlıq edib

Avropa İttifaqı (Aİ) Ukraynaya görə müharibəyə başlamaq istəyir və qarşıdakı aylar beynəlxalq səhnədə son dərəcə gərgin olacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial media hesabında yazıb.

“Kopenhagen, ikinci gün. Vəziyyət ciddidir. Masada açıq şəkildə müharibə tərəfdarı təkliflər var. Onlar Avropa İttifaqının vəsaitlərini Ukraynaya köçürmək istəyirlər. Onlar hər cür qanuni hiylələrdən istifadə edərək Ukraynanın üzvlüyünü sürətləndirməyə çalışırlar. Silah tədarükünü maliyyələşdirmək istəyirlər. Bütün bu təkliflər açıq şəkildə göstərir ki, Brüssel müharibəyə başlamaq istəyir”, – deyə nazir bildirib.

Orban vurğulayıb ki, Budapeşt beynəlxalq vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün lazım olan hər şeyi edəcək. O, həmçinin bütün macarları xarici çağırışlar qarşısında yekdil olmağa çağırıb.

Daha əvvəl Orban bəyan etmişdi ki, hər hansı böyük dövlət səhv edərsə, III Dünya Müharibəsi hər an başlaya bilər. O əlavə edib ki, beynəlxalq vəziyyət gərgin olaraq qalır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!