2 Oktyabr 2025 / 14:53

Ukrayna Rusiyanın bu bölgəsinə 150-dən çox pilotsuz təyyarə göndərib

Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Belqorod vilayətində 150-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb.

Tezadlar.az bildirir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Ən çox sayda pilotsuz uçuş aparatı – 97-si Şebekinski bələdiyyə dairəsində buraxılıb. Qladkovun sözlərinə görə, onlardan 95-i vurulub və ya ələ keçirilib.

“Qrayvoron şəhəri, Qorkovski kəndi və Antonovka, Bezymeno, Dunayka, Kozinka, Poroz, Poçayevo, Smorodino, Spodaryuşino kəndlərinə 14 atəş hücumu zamanı 41 hərbi sursat atılıb, 21 pilotsuz uçan aparatdan zərbələr endirilib. Kozinka kəndində FPV pilotsuz uçuş aparatlarının avtomobili vurması nəticəsində iki nəfər xəsarət alıb. Onlar 2 saylı Belqorod şəhər xəstəxanasına yerləşdiriliblər”, – deyə o yazıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!