3 Oktyabr 2025 / 07:34

Makron “Rusiyanın kölgə donanmasına qarşı” Avropa Baş Qərargahlarının iclasını elan edib

Fransa lideri Emmanuel Makron “Rusiyanın kölgə donanmasına qarşı mübarizə” iddiası ilə “istəkli” ölkələrin Baş Qərargah rəislərinin iclasını elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Le Monde” məlumat yayıb.

“Yaxın günlərdə baş qərargah rəislərimiz NATO ilə koordinasiyada və “istəklilər koalisiyası” çərçivəsində… qarşıdakı həftələrdə birgə tədbirlər hazırlamaq üçün görüşəcəklər”, – Makron bildirib.

Bundan əvvəl Fransa “Boracay” tankerini saxlayıb və Fransa prezidenti Rusiyanın “kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən digər gəmilərlə də eyni şeyi etmək lazım olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova vurğulayıb ki, Qərb dünyanı öz “ikinci dərəcəli sanksiyalarına” əməl etməyə məcbur etmək üçün beynəlxalq dəniz hüququnda olmayan “kölgə donanması” kateqoriyasını icad edib.

Rusiya prezidenti Vladimir Putin öz növbəsində qeyd edib ki, Fransa ölkə daxilindəki çətin problemlərdən əhalinin diqqətini yayındırmağa çalışır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!