4 Oktyabr 2025 / 15:27

Rusiyanın vilayətləri üzərində Ukraynaya məxsus 20 PUA vurulub

Rusiya hava hücumundan müdafiə vasitələri iki saat ərzində Rusiya bölgələri üzərində Ukraynaya məxsus 20 PUA-nı məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 4-də, Moskva vaxtı ilə saat 11:00-dan 13:00-a qədər hava hücumundan müdafiə vasitələri tərəfindən Ukraynaya məxsus 20 sabit qanadlı pilotsuz uçuş aparatı məhv edilib: Belqorod vilayəti üzərində 17 PUA, Bryansk vilayəti üzərində iki PUA və Oryol vilayəti üzərində bir PUA”, – məlumatda bildirilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!