6 Oktyabr 2025 / 21:08

Hakan Fidan Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı üçün Azərbaycana gəlib

Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

“Təzadlar” xəbər verir ki, o, Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq TDT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

H.Fidan, həmçinin bəzi ikitərəfli görüşlər keçirəcək.

Səfərin iki gün davam edəcəyi bildirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!