7 Oktyabr 2025 / 16:37

Kremlin sözçüsü Prezident İlham Əliyevin Putinlə telefon danışığının önəmli olduğunu deyib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putini ad günü münasibətilə təbrik edib, lakin iki lider digər məsələləri də müzakirə ediblər.

Tezadlar.az   xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib.

“Həqiqətən də prezident Əliyev prezident Putini ad günü münasibətilə telefonla təbrik edib”, – Kremlin sözçüsü bildirib.

O vurğulayıb ki, “Digər məsələlər də müzakirə olunub”.

“Bu, çox önəmlidir”, – deyə  Peskov vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!