Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bütün cəbhə boyu Rusiya hərbi qüvvələrinin raket və quru qoşun hücumlarına baxmayaraq artıq Ukraynanın paytaxtı Kiyevdə 17 diplomatik nümayəndəlik fəaliyyətini bərpa edib.
Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb Nazirlik rəsmi məlumatında bildirir ki, paytaxtda fəaliyyətini bərpa edən səfirliklərin sayı hər gün artır. Artıq Aİ, Fransa, İtaliya, Latviya, Türkiyə, Vatikan və digər ölkələrin səfirlikləri fəaliyyətini paytaxtda davam etdirir.
Bu arada İtaliya Ukraynaya yeni partiya silah göndərməyə başlayıb. Rusiyanın hücum əməliyyatları isə davam edir.
A.Məmmədli