8 Oktyabr 2025 / 22:40

Zakir Həsənov Türkiyədə üçtərəfli görüşdə iştirak etdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 12-ci üçtərəfli görüşündə iştirak etmək üçün Türkiyədə səfərdədir.

“Təzadlar” xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.

Qardaş ölkəyə səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Ankarada türkiyəli və gürcüstanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!