10 Oktyabr 2025 / 16:53

Putin söz verdi: “AZAL təyyarəsinin qəzası obyektiv araşdırılacaq”

Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandıran Rusiya prezidenti V.Putin bu barədə Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında belə deyib. Sitat: “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”. O, əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır. Sitat: “Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”.

Təki elə olsun!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!