Rusiya və Azərbaycan münasibətlərindəki vəziyyəti “emosiyalar böhranı” adlandıran Rusiya prezidenti V.Putin bu barədə Tacikistana səfərinin yekunları ilə bağlı mətbuat konfransında belə deyib. Sitat: “Mən deməzdim ki, biz dövlətlərarası münasibətlərdə böhran yaşadıq. Deyərdim ki, bu, emosiyalar böhranı idi”. O, əlavə edib ki, AZAL-ın təyyarə qəzası ilə bağlı istintaq yekunlaşmaq üzrədir, təfərrüatlar və nüanslar qalır. Sitat: “Biz Əliyevlə razılaşdıq ki, AZAL-ın qəzası ilə bağlı araşdırma obyektiv olacaq. Hazırda istintaq başa çatıb və ümumilikdə hər şey aydındır. Ümid edirəm ki, biz bu səhifəni çevirmişik”.
Təki elə olsun!

