12 Oktyabr 2025 / 08:21

Azərbaycan XİN Qətərə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib. Tezadlar.az  xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin “Facebook” hesabında paylaşım edilib. Sitat:  “Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk”.

Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olublar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!