13 Oktyabr 2025 / 19:25

İslamabadda Türkiyə–Azərbaycan–Pakistan parlament sədrləri toplantısı başa çatdı

Bu toplantı bir daha göstərdi ki, Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç dövlətdir.

Tezadlar.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş İslamabadda Türkiyə- Azərbaycan-Pakistan parlament sədrlərinin toplantısının bağlanış mərasimində deyib.

O bildirib ki, bu təmaslar üçtərəfli əlaqələri daha da gücləndirir: “Bu təmaslar beynəlxalq arenada bir milət olaraq çıxış etməkdə bizə güc verir. Yaşasın Türkiyə-Pakistan-Azərbaycan dostluğu!”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!