14 Oktyabr 2025 / 13:39

Ərdoğan Melonidən siqareti buraxmasını istəyib: O, necə reaksiya verdi?

Meloni 11 yaşından siqaret çəkir

Misirdə Qəzza zolağında müharibəyə son qoymaq məqsədi daşıyan sammit zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Giorgia Meloni siqareti tərgitməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, “Politico”nun məlumatına görə, onların mübadiləsini İtaliya mətbuatı yayıb.

“Möhtəşəm görünürsən. Amma mən səni siqareti buraxmağa məcbur etməliyəm”, – Ərdoğan Meloniyə deyib.

Fransa prezidenti Emmanuel Makron isə gülüşlə cavab verərək “Bu, mümkün deyil!” deyib.

Meloni bu təklifi rədd edərək qeyd edib ki, siqareti buraxmaq onu daha az ünsiyyətcil və əsəbi edə bilər. “Mən heç kimi öldürmək istəmirəm”, – o əlavə edib.

Daha əvvəl bir sıra müsahibələrə əsaslanan kitabda Meloni 13 illik imtinadan sonra yenidən siqaret çəkməyə başladığını etiraf etmişdi. Lakin o, siqaretin Tunis prezidenti Kays Səid də daxil olmaqla, digər siyasətçilərlə əlaqə saxlamasına kömək etdiyini də etiraf edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!