15 Oktyabr 2025 / 08:35

20 və 25 illiyə Ağdamın deputatı olan Bəxtiyarların Ramiz Mehdiyevinə ev dustaqlığı!

…Bakı şəhəri Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barədə cinayət işi üzrə qərar qəbul edib. Tezadlar.az- ın məlumatına görə, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

XXX

“Təzadlar” dəfələrlə yazıb və araşdırmaları ilə sübutları ortaya qoyub ki, Ramiz Mehfiyev 20 il Bəxtiyar Sadıqovu, 25 illiyinə də Bəxtiyar Əliyevi Ağdama deputat etdirməklə rayon əhalisinə bu iki adamla təmsil edilməyin həqarətini ortaya qoymuşdur. Bu azmış kimi, Bəxtiyar Sadıqov hələ də Ramiz Mehdiyevin “Azərbaycan” qəzetindəki dayaq nöqtəsi kimi mövcuddur. Məgər Parlamentin bu qəzetini uzun illər Ramiz Mehdiyevin tribunası və tərifləmə meydanı etmiş Bəxtiyar Sadıqovu əvəz edən bir vətənpərvər jurnalist tapılmır ki?!

Aşağıdakı linki oxuyub düşünmək və nəticı çıxarmağın vaxtıdır, hesab edirəm ki, dövlət resurslarını uzun illər Ramiz Mehdiyev kimi bir şəxsin tərifnamələrinə, ölkənin prezidenti kimi təbliğatına sərf etmiş Bəxtiyar Sadıqova cinayət işi başlanılmalıdır!

(Daha ətraflı az sonra)

Bu da qeyd etdiyimiz link:

https://tezadlar.az/australian-parks/

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!