15 Oktyabr 2025 / 17:07

Təhsil eksperti Kamran Əsədov niyə səhvə yol verib?

 Xəzər Universitetinə həm ölkə daxilindən, həm xarici ölkələrdən çoxlu saydaistedadlı, öz üzərində çalışan bakalavr, magistr doktorantura dərəcələri üzrə tələbəqəbul olunur onlara dərs demək üçün Türkiyə, İran, Pakistan.. əsilli digərölkələrdən tanınmış elm adamları işə cəlb edilir

Bu günlərdə ABŞın Kaliforniya ştatında yerləşən dünyanın ən məşhur Ali təhsilocaqlarından olan Stanford Universitetinin açıqladığıDünyanın ən nüfuzlu alimlərinin 2 faizisiyahısında Azərbaycan üzrə 41 tədqiqatçının adı verilib. Bu 2 faiz nədənsə, bəzisoydaşlarımızı narahat edib. Məsələn, təhsil məsələləri üzrə ekspert Kamran Əsədov özFacebook səhifəsində qeyd edib ki, dünyanın ən nüfuzlu alimləri sırasında Azərbaycan üzrə41 tədqiqatçının adının çəkilməsi ilk baxışdan qürur doğurur. Kamran müəllim bundansonra bu 2 faiz alimləri onlarən işlədikləri universitetləri saxtakar adlandırıb.

Əvvəllcə istəyirəm K.Əsədovun həmin yazısından bəzi məqamı olduğu kimi diqqətinizəçatdırım, sonra isə, söhbətimizə davam edərik. Yazıdan sitat: “…Amma bu məlumatlaradərindən baxanda ortaya çox ciddi manipulyasiya etik problem çıxır. Siyahıda bəziuniversitetlərin adları çoxlu saydaalim təmsil olunur, lakin həmin şəxslər ouniversitetlərdə işləyirlər, Azərbaycanda yaşayırlar. Xüsusilə bəzi özəl aliməktəblərinXəzər Universiteti Qərbi Kaspi Universitetinin siyahıda yer alantədqiqatçılarına baxanda görürsən ki, onların adlarının əksəriyyəti azərbaycanlıdır, həmin universitetlə faktiki əlaqəsi var. Onların hər biri ya ABŞ, ya Avropada, ya daAsiyanın elmi mərkəzlərində çalışan alimlərdir(siyahıda Rehman Hamood Ur,RouhasanBehnam, Moradi Rasoul başqalarının adı verilibM.R.). Sadəcə öz elmi məqalələrindəaffillationbölməsində bu universitetlərin adlarını yazıblar”.

Kamran Əsədovun hansı ciddi, nüfuzlu elmi jurnallarda məqalələri dərc olunub, dəqiq bilmirəm. Əlbəttə, bu sualları Kamran bəyə verə bilərlər. Mən Kamran müəllimdən üzr istəyirəm ki, yazmağa məcbur oldum. Çünki Xəzər Univesitetinin adını saxtakarlar sırasında çəkməsi, inanın ki, böyük haqsızlıqdır. Xəzər Universiteti yarandığı dövrdən Azərbaycan təhsil sistemindəlayiqli yer tutub, kredit əsaslı, tələbə mərkəzli tədris modelinin inkişafı, keyfiyyət parametrləri, ingilis dili tədris dili kimi, təhsildə rusvətlə mubarizə s. i.a.  Universitet bütün sahələrdəböyük uğurlar qazanıb beynəlxalq reytinq cədvəllərində layiqli yer tutur.

Xəzər Universitetinə həm ölkə daxilindən, həm xarici ölkələrdən çoxlu sayıda istedadlı, özüzərində çalışan bakalavr, magistr doktorantura dərəcələri üzrə tələbə qəbul olunur. Onlarakim dərs desin, kim elmi işlərinə, dissertasiyalara rəhbərlik etsin, kimlər elmi məktəbləryaratsın? Kamran müəllim, Azərbaycanda hər elm sahəsində kifayət qədər səviyyəli, dünya iləsəsləşə bilən alim varmı? Lütfzadənin varisi, beynəlxalq aləmdə tanınan Rafiq Əliyevdən başqademək olar yoxdur. Bax təhsil eksperti kimi belə ağrılı məsələdən yazmaq lazımdır, Kamranmüəllim.

Yaxşı, bəs etməli? Çıxış yolu kimi Xəzər Universiteti xarici alimləri xususilə, Türkiyə, İran Pakistan əsilli tanınmış elm adamlarını işə cəlb edir. Onların, bir hissəsi üzüzə, bir hissəsi onlinedərs deyir. Xarici müəllimlər magistratura doktoranturada oxuyanlara dərs deməklə yanaşı, elmi rəhbərlik də edir, universitetdə beynalxalq konfranslar təskil edir, bir sözlə, universitetlətam faydalı əməkdaslıq edirlər. Məsələn, bilirəm ki, Kamran Əsədovun adını çəkdiyimüəllimlərdən biriRəsul Moradi Xəzər Universitetində nanotexnologiya laboratoriyası qurmuş, uzun illər onun direktoru olmuş, sonra kimya kimya mühəndisliyi kafedrasının müdirivəzifəsində çalışmısdır. Bu yaxınlarda Xəzər Universtinin ən yaxın əməkdaşlıq etdiyi UCLA(University of California, Los Angeles) onu kimya kafedrasında dərs deməyə dəvət etmiş, bununla belə, Xəzər Universitetində işini davam etdirir, doktorantura tələbələri ilə araşdırmaaparır, rəhbərlik edir, dərs deyir. Xəzər Universitetində çalışan digər xarici müəllimlərin hərbiri ilə bağlı buna bənzər məlumatlar vermək olar.

Bir daha qeyd edirəm ki, hörmətli Kamran Əsədov Xəzər Universitetinə müraciət edib, xaricimüəllimlər edirlər, necə işləyirlər və s. kimi suallar verib məsələni dəqiq öyrənə bilərdi. Dahasonra, Xəzər Universitetində 50 nəfər ətrafında doktorantın xaricdə çox tanınmış universitetlərdətəhsil aldığını, eləcə Bakının özündə xeyli doktorant olduğunu, onlara görkəmli xaricialimlərin rəhbərlik etdiyini öyrənmiş olardı. Təbii ki, Xəzər Universiteti xaricdəki sıravimütəxəsisləri deyil, tanınmış mütəxəsisləri işə qəbul edir. Onların da bir qismi StanfordUniversitetinin tərtib etdiyi siyahıya daxildir. Onların hər biri rəsmi əmrlə universitetdə çalışır, gördükləri bilinir göz önündədir. Onu da qeyd etmək lazımdır ki, Stanfordunsiyahısına hər il yarım milyon ətrafında alim daxil edilir, onların hamısı heç çox görkəmli, çox böyük alim sayılmır, sadəcə, onlar məhsuldar işləyən alimlərdir, əlbəttə, aralarında çoxgörkəmli alimlər var.

***

Bir məqamı da yada salmaq istəyirəm. Bu yaxınlarda Kamran Əsədov ingilis dili foundationdərslərinin, ancaq iki ali məktəbdə mövcüd olduğunu yazmışdı. Halbuki bu işə Azərbaycandaməhz ilk dəfə Xəzər Unhiversiteti başlamış bu gün uğurla davam edir. Bu da KamranƏsədovun Xəzər Universiteti barədə bilgisinin tam olmadığını göstərir. Nəticədə, qeyd etdiyimkimi, təhsil eksperti olan hörmətli Kamran Əsədovun adına nüfüzuna kölgə düşür.

Bu yerdə bir müqayisə aparmaq istərdim. Bütün futbol sevərləri çox təəccübləndirən, çoxcoşduranQarabağfutbol komandasının uğuru necə izah edilə bilər? Qurban Qurbanovistedadlı məşqçidir, Tahir Gözəl Azərbaycanı sevən adamıdır. OnlarQarabağı birlikdəyetişdirib Avropa səviyyəsinə çıxartdılar. Necə? Xarici ölkələrdən istedadlı futbolçularıkomandaya cəlb etməklə… Elm belədir, xaricdən alimlər dəvət edilməsə, böyük elmyaranmaz. Xəzər Universiteti bu işi uğurla görə bilir. Ona daş atmaq, qaralamaq insafsızlıqdır. Biz Xəzər Universitetinə «Sağ ol!» deyək ki, Azərbaycan təhsilini xaricdə uğurla təmsil edir. Necə deyərlər, uğurları bol olsun.

İnanıram ki, hörmətli Kamran Əsədov, növbəti dəfə hansısa universitet haqqında nəsə yazanda, fikir bildirəndə, həm o Ali məktəb haqqında geniş bilgi əldə edəcək, həm universitetlə əlaqəsaxlayıb mövqelərini öyrənəcək.

Elçin MƏMMƏDLİ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!