Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Berlində Federal Kanslerin Xarici və Təhlükəsizlik Siyasəti üzrə müşaviri Günter Sautter ilə görüşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi “X” sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə iki ölkə arasında ikitərəfli və regional məsələlər müzakirə olunub:
“Regionda yaranmış yeni sülh dövrü əlaqələrimizin və Avropa İttifaqı ilə əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır”, paylaşımda qeyd olunub.