Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 Oktyabr 2025 / 22:50

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra görüşdülər

“Ad günü” filminin qəhrəmanları 48 ildən sonra bir araya gəliblər.

Tezadlar.az xəbər verir ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov Azərbaycan Dövlət mükafatı laureatı, “Ad günü” filmindən tamaşaçılara yaxşı tanış olan David Uplisaşvili ilə Tbilisidə “Şükriyyə” tamaşasından sonra görüşüb.

H.İsmayılov gürcü həmkarına “Teatr xadimi” medalını və “Ad günü” filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib.

Qeyd edək ki, okyabrın 14-də Akademik Milli Dram Teatrının “Şükriyyə” tamaşası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə Şota Rustaveli adına Gürcüstan Milli Teatrında böyük uğurla nümayiş olunub.

“Ad günü” filmi 1977-ci ildə çəkilib, rejissoru Xalq artisti Rasim Ocaqov, ssenari müəllifi isə Xalq yazıçısı Rüstəm İbrahimbəyovdur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!