Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

HƏMAS Rusiya, Çin, Türkiyə və digər ölkələrə Fələstin xalqına verdikləri dəstəyə və Qəzzada döyüşlərə son qoymağa kömək etdiklərinə görə təşəkkür edib.
Tezadlar.az xəbər verir ki, xarici mətbuat bu barədə dini-siyasi hərəkata istinadən məlumat yayıb.
“Biz bütün sahələrdə Fələstin xalqını dəstəkləyən bütün ölkələrə, xüsusən Əlcəzair və Cənubi Afrika Respublikasına, habelə Rusiya, Çin və Kolumbiyaya Qəzzada müharibənin dayandırılmasında göstərdikləri köməyə görə minnətdarlığımızı bildiririk”, – mənbədən sitat gətirilib.
HƏMAS üzvlərinin fikrincə, bu ölkələr döyüşlərin dayandırılmasında əsas rol oynayıb. Onlar humanitar və hüquqi sahədə göstərdikləri köməyə görə başqalarına da təşəkkür ediblər.
E.ŞİRİNOV