17 Oktyabr 2025 / 21:50

Əli Həsənov danışdı: “O obyektlərin heç birinin mənə aidiyyəti yoxdur…”

İki gündür ölkə mediası Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd cinayəti ilə bağlı araşdırmaların ardınca, Əli Həsınovun çoxsaylı obyektlərinin siyahısının tirajlanması ilə məşğuldur. Ən maraqlısı budur ki, bu mövzuda daha çox diqqəti çəkən o media orqanlarıdır ki, vaxtilə Ramiz Mehdiyevin xeyir- duası və Əli Həsənovun siyahısı ilə Əməkdar jurnalistləri mənzillərə,  pullu layihələrə və digər statuslara sahibləniblər. İndi isə…

XXX

Gələk mətləbə: ötən gün axar.az və digər saytlarda həm də diqqəti çəkən bir siyahı müzakirə mövzusu oldu. “Mehdiyevin xaricə uzanan ƏLİ: ORDU-ya milyardlar gedir…” başlıqlı yazıda inanılmaz siyahı ilə tanış olduq. Siyahıda nələr yoxdur: PA- nın sabiq şöbə müdiri Əli Həsənova məxsus olduğu deyilən ünvanlı 7 Yaşayış Kompleksi, yerləşdiyi küçələr göstərilməklə 8 icarəyə verilmiş obyekt,  8 adlı iri restoranlar şəbəkəsi, 5 əzəmətli villa, yüz hektarlarla torpaq sahələri, gecə klubu, zavod… Daha nələr və nələr!

XXX

Ramiz Mehdiyevə əlimiz çatmasa da, Əli Həsənovla əlaqə saxlayıb qeyd edilən siyahı ilə bağlı mövqeyini öyrəndik. Əli Həsənov “Təzadlar”ın əməkdaşına təəssüf hissi ilə bildirdi ki, bu siyahıda olanların heç birinin ona aidiyyəti yoxdur. Sitat: “Boş- boş şeylər yazırlar… Özləri bilər… Mənə aid edilən o siyahıda mənə məxsus heç nə yoxdur… Bilən bilir hər şeyi… Təəssüf ki, bu insanlar belədi…”.

“Təzadlar”

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!