21 Oktyabr 2025 / 18:48

Aİ və Azərbaycan nəqliyyat dialoqunu davam etdirəcək

Avropa İttifaqı (Aİ) və Azərbaycan yaxın vaxtlarda yüksək səviyyəli nəqliyyat dialoqu çərçivəsində müzakirələri davam etdirməyi planlaşdırır.

Tezadlar.az xəbər veriri ki, bunu İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyunciç “Mərkəzi Baltik – Azərbaycan” biznes forumu çərçivəsində bildirib.

Diplomatın sözlərinə görə, təxminən iki həftə əvvəl Brüsseldə Aİ ilə Azərbaycan arasında nəqliyyat üzrə yüksək səviyyəli dialoqun sonuncu raundu keçirilib. “Biz onun nəticələrinin təhlilini davan etdirir və dialoqu mümkün qədər tez, bu il bərpa etməyi planlaşdırırıq”, – Kuyunciç qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!