23 Oktyabr 2025 / 19:49

Luvrun direktoru oğrulardan qorunmaq üçün orijinal tədbir təklif edib

Luvr Muzeyinin direktoru Fransa Senatında muzeyin təhlükəsizlik sistemi ilə bağlı çıxış edib və oğurluğun qarşısının alınması üçün tədbirlər təklif edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Fransanın ən məşhur muzeyində videomüşahidə sisteminin qeyri-adekvat olduğunu etiraf edən Lorans de Kar orijinal təşəbbüs irəli sürüb: oğrulardan effektiv şəkildə qorunmaq üçün bilavasitə Luvr binasının daxilində daimi polis bölməsi yaratmaq.

Onun sözlərinə görə, perimetr ətrafında bir neçə kamera var, lakin onlar köhnəlmiş, sayca kifayət qədər deyil və Luvrun bütün fasadlarını əhatə etmir. De Kar oğurluğun baş verdiyi Apollon Qalereyasının ümumiyyətlə videomüşahidə ilə əhatə olunmadığını da vurğulayıb.

Daha əvvəl bildirilmişdi ki, oktyabrın 19-da baş vermiş oğurluq Luvr muzeyinə 88 milyon avro (8,2 milyard rubl) ziyan vurub. Oktyabrın 20-də Luvr ziyarətçilərin üzünə qismən açılıb. Luvrun direktoru istefa ərizəsini verdiyini təsdiqləsə də, mədəniyyət naziri Raşida Dati bunu rədd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!