SOCAR-ın prezidenti Rövşən Nəcəfin müvafiq əmrinə əsasən, neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Bakı Ali Neft Məktəbinin bir əməkdaşı “Fəxri neftçi” döş nişanı, üç əməkdaşı isə “Fəxri fərman”la təltif edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında bildirib.
“SOCAR-ın Baş ofisində keçirilən mükafatlandırma tədbirində şirkətin vitse-prezidenti Ziba xanım Mustafayeva təltif olunan əməkdaşlara mükafatları təqdim edib. Fürsətdən istifadə edərək Ziba xanım Mustafayevaya kollektivimizə verdiyi dəyər və diqqətə görə dətin minnətdarlığımı bildirirəm.
Bakı Ali Neft Məktəbinin təltif olunan əməkdaşları:
· Xanım Ağasıyeva – Kitabxana, kitabxanaçı (“Fəxri neftçi”) döş nişanı;
· Vüqar Nuruşov – Texniki istismar sahəsinin rəisi – (“Fəxri fərman”);
· Elnarə Zeynalova – Keyfiyyətin təminatı şöbəsinin böyük mühəndisi -(“Fəxri fərman”);
· Nəzrin Əliyeva – Beynəlxalq əlaqələr şöbəsinin böyük metodisti -(“Fəxri fərman”).
Təltif olunan əməkdaşlarımızı təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!”, – deyə rektor qeyd edib.
JASMİN