Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu qüruru bizə yaşadan hər kəsə təşəkkür edirik! Şəhidlərimizi hörmətlə anırıq!
8 noyabr Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.
44 günlük haqq savaşında Azərbaycan xalqının sarsılmaz birliyi, Azərbaycan Prezidentinin dəmir iradəsi və Azərbaycan Ordusunun yenilməz gücü qarşısında düşmən diz çökərək təslim oldu. Xalqımızın 30 illik həsrətinə son qoyuldu. Respublikamızın ərazi bütövlüyü bərpa olundu. Şəhidlərimizin qisası alındı.
Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirik.
Artıq beş ildir ki, xalqımız böyük qələbənin xoşbəxtliyi və sevincini yaşayır.
Şəhidlərimizin müqəddəs ruhlarını anaraq, qalib xalqın və dövlətin nümayəndəsi olaraq Məhəmməd Əsədov, Əlihüseyn Ağayev, Aqşin Əkbərov, Fuad Səfərov, Akif Abdullayev, Rahim Budaqov, Gəray Abbasov, Ağəli Məsimov, Yasin Məcidov, Tehran Rəhmanov və Rahim Budaqov Vətən müharibəsində əldə edilən şanlı Qələbənin beşinci ildönümü münasibətilə xalqımızı səmimi-qəlbdən təbrik edir, can sağlığı, xoş və firavan günlər, sülh və əmin-amanlıq arzulayırlar.
Zəfər bayramımız mübarək! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev!
CEYHUN