Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.
Bu barədə Tezadlar.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Komitənin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bununla bağlı hazırlıqlara başlayıb.
Qeyd edilib ki, söküntü işləri Səbail rayonu, Salman Mümtaz küçəsi, ev 30 və ev 34, eləcə də Dağlıq küçəsi, ev 24 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Xatırladaq ki, daha əvvəl Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti bitmiş qəzalı binaların söküntüsü ilə bağlı hazırlıqlara başlanılıb.