25 Oktyabr 2025 / 15:44

Fəzail Ağamalının partiyasında “yorğan davası”- AİLƏ PARTİYASINDA NƏ BAŞ VERİR?

Azərbaycan siyasətində maraqlı hadisələr baş verməkdədir… Budur, Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında 37- ci ilvari qalmaqal yaşanıb. Belə ki, AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olublar. Lakin  Günay Ağamalı və Elçin Ağamalı arasında adı olub özü olmayan partiyanın leşi uğrunda qalmaqal yaşanıb. Fəzail Ağamalı isə Baş verən bu “yorğan davası” ilə bağlı mediaya açıqlamasında deyib ki, oğlu Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər. deputag Günay Ağamalının köməkçisi isə açıqlamasında Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.

Qeyd edək ki, Elçin Ağamalı mediaya açıqlamasında bildirib ki, hazırda qurultayda iştirak edən 100 nəfər nümayəndə onu dəstəkləyir, ədalətli nəticə əldə etmək üçün əllərindən gələni edəcək.

Özünü müxalif və ya müstəqil siyasi partiya sayan bu qurumun indiyədək hardasa partiya kimi adı çəkilməyib, amma lazım olan yerlərdə adına əməlli- başlı partiya kimi büdcədən pul da alıb. İndi isə məlum olur ki, partiyada ailə davasıdır…

A.Məmmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!