26 Oktyabr 2025 / 14:03

Salyandakı yol qəzasında 5 nəfər xəsarət aldı və…

Bakı-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən istiqamərində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 5 nəfər (1 qadın, 4 kişi) saat 11:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən tezadlar.az- ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunur ki, müxtəlif növ xəsarətlər alan xəstələrə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri sabitdir.

Qeyd edək ki, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sadıqova Xədicə Ağakərim qızının idarə etdiyi “Changan” markalı avtomobil KİA markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “Changan”ın sürücüsü, habelə digər avtomobildə olan şəxslər – Salyan rayon sakinləri; 1999-cu il təvəllüdlü Alxanov Babək Əlifağa oğlu, 1989-cu il təvəllüdlü Mayılov Şamxal Ələsgər oğlu, 1986-cı il təvəllüdlü Bayramov Saməddin Əlişal oğlu və 1997-ci il təvəllüdlü Bayramov Mahir Qalib oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!