27 Oktyabr 2025 / 11:23

BANM -ə qəbul olan tələbələrə tələbə kartlarını rektor şəxsən təqdim etdi

Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrin tələbə kartlarını rektor Elmar Qasımov tərəfindən təqdim edilib.
Tezadlar.az  xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib. O, bunu ali məktəbin özünəməxsus ənənəsi ilə izah edib.
“BANM yaranandan bir dəyişməz ənənəmiz var.
Ali məktəbə qəbul olan tələbələrimizin hər birinə tələbə biletləri təntənəli şəkildə təqdim edilir.
Bu, BANM tələbəsinə verilən dəyərdir”, – deyə rektor vurğulayıb.
Doğrudan da, bu gözəl ənənə tələbələrə verilən dəyər olmaqla yanaşı, bu günü onların ömürləri boyu unudulmayacaq hadisəyə çevirmək deməkdir.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!