Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu 20-26 oktyabrda Çinin 19 aparıcı turizm şirkətinin, eləcə də Cənubi Koreyanın 5 aparıcı turizm şirkətinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil edib.
Tezadlar.az xəbər verir ki, səfər çərçivəsində iştirakçılar Bakı ilə yanaşı, Şamaxı, Qəbələ, Şəki və Qax bölgələrinin turizm imkanları ilə tanış olublar.
Səfər müddətində Azərbaycan və Çinin, həmçinin Azərbaycan və Cənubi Koreyanın turizm sənayesi nümayəndələri arasında B2B görüşlər təşkil olunub və əməkdaşlıq imkanları müzakirə edilib.
Bu ilin 9 ayında Çindən Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 51 % çox – 49 mindən çox ziyarətçi, Cənubi Koreyadan isə ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çox – 13 mindən çox ziyarətçi gəlib.