Əsas məzmuna keç

Betonqarışdıran müvazinətini itirdi- dərəyə aşdı və…

Bu səhər Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü hadisə yerindəcə ölüb. Tezadlar.az DYP-yə istinadla bildirir ki, hadisə Ağdərənin Çıldıran kəndi ərazisində baş verib. Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizun idarə etdiyi “HOWO” markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb. Faktla bağlı araşdırma aparılır.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…