29 Oktyabr 2025 / 10:15

Şagirdlər və valideyinlər yolu bağladı- SƏBƏB

Bəzən aidiyyəti qurumlar iş görməyəndə güman qalır şagird və valideynlərə. Bu dəfə Gürcüstanda maraqlı hadisə baş verib: belə ki, Tbilisidə 10 nömrəli məktəbin şagirdləri və valideynlər Dadiani küçəsini bağlayaraq, təmirdə olan məktəbin tikintisinin sürətləndirilməsini tələb ediblər. Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, onlar həmçinin onlayn tədrisə etiraz edərək, məktəb tikilənədək alternativ sahənin tapılmasını istəyirlər. Valideynlər pandemiya dövründə onlayn təhsilin uşaqların təhsil səviyyəsinə mənfi təsir etdiyini bildirib və bu təhsil formasına qarşı çıxıblar. Onlar təhsil nazirliyindən onlayn dərslərin dayandırılmasını və təcili olaraq alternativ təhsil sahəsinin təmin edilməsini tələb edirlər. Valideynlər və şagirdlər Təhsil Nazirliyindən ciddi addımlar və aydın qərarlar gözlədiklərini və onlar etirazlarını davam etdirəcəklərini bildiriblər.

Azərbaycanın bölgələrində də nimdaş məktəblər hələ də var. Amma maraqlıdır ki, bu cür təmirsiz məktəblərin şagirdləri canını dişinə tutub yaxşı oxuyur və ali məktəblərə, texnikumlara, liseylərə qəbul olunurlar.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!