Əsas məzmuna keç

Reza Deqati: “Film Qarabağ həqiqətlərini və tarixi faktları əks etdirir”

“Yaradan” sənədli filmi üzərində çox işlər görülüb.

Tezadlar.az xəbər verir ki, bu sözləri “Yaradan” sənədli filminin təqdimatında iştirak edən tanınmış fotojurnalist Reza Deqati deyib.

“Hiss olunur ki, əziyyət çəkilib. Əziyyəti olan hər kəsə təşəkkür edirəm. Film Qarabağ həqiqətlərindən bəhs edir, tarixi faktları çatdırır”, – Deqati bildirib.

Qeyd edək ki, bu gün “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş “Yaradan” adlı sənədli filminin təqdimat mərasimi baş tutub.

Sənədli filmin çəkilişləri Ağdam, Xocalı, Şuşa, Xankəndi, Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilanda aparılıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…