31 Oktyabr 2025 / 13:35

Azərbaycanda ət bahalaşır, alan yoxdur-BAZARDA XAOSU YARADANLAR KİMLƏRDİR?

…Ənənəvi olaraq həftədə bir dəfə 1-2 kilo mal əti aldığım dükana bu gün baş çəkdim. Daim müştərisi əskik olmayan bu dükanda satıcıdan başqa kimsə yox idi… Tanıdığım satıcıdan soruşdum ki, alıcı elə bil kücüb, nə məsələdir? Dedi, qiymət bahalaşıb, qabaq hər gün Bərdədən gətirilən bir erkək dana kəsərdik, indi 3-4 gündənbir kəsirik, yenə də ət soyuducuda qalıb, alan yoxdur…
Bu tərəfdən də AQTA rəsmiləri doluşurlar ət dükanlarına ki, bu ət 2-3 gündür qalıb, vaxtı keçib, istehlaka yararsızdır və s. Və sonra cərimə!
Deyəsən, bəzi dövlət qurumları cərimədən başqa nəsə tanımır.
Bəli, Azərbaycan fermerinə hörmət qoyulmayanda, onlara istehsal üçün şərait yaratmayanda, əksinə, problem yaradanda sonu belə olur və Monqolustandan dondurulmuş ət alıb gətirirlər… Bu barədə az sonra. Elə jurnalist Ədil Ədilzadənin AQTA rəsmilərinin cərimə hoqqabazlığına dair statusu da çox maraqlıdır. Sitat: “AQTA baronu Qoşqar Təhməzovu durdurmasalar bazarda ətin kilodu 50 manat olacaq. Ramiz Mehdiyevin dədəsinə rəhmət oxutdurursan ay Təhməzov. Camaat əti alıb aparıb soyuducuda 1 ay dondurub saxlayır. AQTA-nın da ətə taxta möhür satanları dirənib ki, ətin satış vaxtı keçib, cərimə olunacaqsız). Bu AQTA-ya cərimə lazımdır, ət yox. Cəriməni etdin, bəs ət nə olur?) Yetim deyir ki, sənədləri var, ət alan yoxdur, 4 gündür kəsmişəm. Bu da dirənib satış vaxtı keçib, cəriməni yapışdırır alnına. Təhməzov özü hər gün təzə ət yeyir, elə bilir hamı o gündədir. Ay kişi millət ildə 3 dəfə ət alır, bayramdan seyrana) Onu da soyuducuda 1 ay saxlayır. Niyə özünüzü güldürürsüz bu millətə? Niyə zülm verirsiz bu xalqa. Qoşqar kişi, and olsun Uca Şivrinin ruhuna ki, sənin işçilərin hər ət dükanından ayda 30-40 manat alıb o gedir öz kefinə…”.
***
Bu da sosial mediada paylaşılan bir video-foto. Monqolustandan Azərbaycana dondurulmuş ət gətirirlər. Öz çobanlarımız otarmağa qoyun-quzu axtarır, örüş yeri tapmır, işbazlar da Monqolustandan dondurulmuş ət gətirir satır millətə… Bu nə deməkdir???
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!