Əsas məzmuna keç

Bakıda 8 noyabr hərbi paradına hazırlıq gedir…

Artıq bir neçə gündür Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi paradla bağlı məşqlər başlanılıb. Tezadlar.az xəbər verir ki, bu gün səhər saatlarında paytaxt səmasında hərbi təyyarələrin uçuşu müşahidə edilirdi. Azadlıq meydanında da parada hazırlıq işləri sürətlə aparılır.

Xatırladaq ki, 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Vətən müharibəsində qələbə şərəfinə Zəfər paradı keçirilib. 2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad olub. Bu il isə noyabrın 8-də paytaxtın Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Qələbəmiz mübarək!

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…