Ermənistanda yaşayan jurnalist Natalya Aleksanyan özünün fb platformasında maraqlı yazı ilə çıxış edib və Koçaryanı, Ruben Vardanyanı, Bako Saakyanı və onların İTV aparıcısı olan jurnalisti ifşa edən faktları açıqlayıb.
Ən maraqlısı budur ki, Natalya Aleksanyan fb platformasının manşetində Prezident İlham Əliyevin də fotoşəklini iri planda təqdim edir.
Tezadlar.az onun bu gün sosial media hesabında yayımladığı bir maraqlı paylaşımının erməni dilindən tərcüməsini təqfim edir:
“Bəzən ürəyim intriqa istəyəndə Robert Koçaryanın “Beşinci kanal”ının göstərdiklərini izləyirəm və son iki ildə kanalın onun simasına çevrildiyini görürəm: DİQQƏT: Qarabağ İctimai Televiziyasının baş aparıcısı Tsovinar Barxudaryan. Bu qadın bütün Qarabağ televiziyasının siması və Qarabağ OPQ-nin siması idi. Yeri gəlmişkən, Bako Sahakyan və Arayik Harutyunyana xalqı aldatmaqda kömək edən də bu qadın olub. Bir də nəyə diqqət edirəm, o, Koçaryana dəstək üçün ora xüsusi füquqr kimi yerləşdirilib, yox, Çayatsu Koçaryana. Amma özünü necə “müqəddəs” kimi təqdim etdiyini görəndə gülməkdən ölürəm… Bu bədbəxt “müqəddəs”in hansı cinayətlər törətdiyini bir neçə Qarabağ deputatı mənə deyib, qərara gəldim ki, sizinlə bölüşüm, əziz dostlar.
44 günlük müharibədən sonra Ruben Vardanyanın quldurluq mütəxəssisi olan Mane Tandilyan dərhal Qarabağın sosial təminat naziri təyin edildi, hə yox, Tande Mandilyan.
Ermənistan hökuməti Hadrut rayonunda evsiz qalan qaçqınlar üçün həmin vaxt büdcədən pul ayırmaq qərarına gəlmişdi. Hayk Makakelyana məxsus Kolatək kəndində 25 ədəd hazır evin alınması üçün büdcədən pul ayrıldı. Mane Tandilyan bütün evləri evsiz qalan qadın və uşaqların adına qeydiyyata almalı idi… Xatırladım ki, saxtakarlığı Qarabağ İctimai Televiziyasının aparıcısı “müqəddəs” Tsovinar Barxudaryanla Mane Tandilyan görün necı təşkil edib. Sən demə, Tsovinar Barxudaryanın əri Bako Sahakyanın cinayətkar qruplaşmasının üzvlərindən biridir və orduda xidmət edib, Bako Sahakiyan isə Mane Tandilyana zəng edərək Marina Danielyan və 5 övladının Hadrutdan alacağı Tsovinar Barxudaryanın adına olan evi qeydiyyata almasını istəyib.
Görürsünüzmü, əziz oxucular, insanlar müharibədən sonra uşaqlarla, beş uşaqla küçədə qalıb, evləri isə Stepanakertdə yaşayan Tsovinar Barxudaryanın adına qeydiyyatdadır.
Bəli, demək olar ki, unutmuşdum. Deputatlar Tsovinar Barxudaryanın paytaxtın mağazalarından birində oğurluq edərkən yaxalandığını da bildiriblər- köynək oğurlayıb, şkafdakı köynəyin altında gizlətməyə çalışıb, amma tutulub. Bir ay idi bütün Qarabağ cəmiyyəti bunu müzakirə edirdi. Bəli, bir şeyi də unutdum. Tandilyan xanım, deyə bilərsiz, bir ana və beş uşağa RA dövlət vəsaitinin aldığı mənzili Qarabağın varlı jurnalistinə verməyə kim icazə verib? Budur- Koçaryanın “Beşinci kanal”ının hansı aparıcısı varsa, biri digərinə layiqdir.
Natali Aleksanyan”.