Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

12 milyon avro dəyərində qiymətli metallar oğurlanıb
Bir dəstə quldur Fransanın Lion şəhərindəki “Pourquery Laboratory” zərgərlik fabrikinə girib və 12 milyon avro dəyərində zərgərlik əşyaları oğurlayıb.
Tezadlar.az bildirir ki, bu barədə “Le Progres” qəzeti məlumat verib.
Qəzet şahidlərin sözlərinə istinadən bildirir ki, “Hər şey yeddi dəqiqə davam edib. Onlar sarı qolbaq taxmışdılar. Pulemyotlu bir neçə kişi, bəlkə də üç-dörd nəfər var idi”.
Zərgərlik fabrikinin beş işçisi yaralanıb. Soyğunçular zərgərlik əşyalarını götürüb mikroavtobuslarına yükləyiblər, sonra isə hadisə yerindən qaçıblar. Fransanın daxili işlər naziri Loran Nunyes həmin gün sosial mediada elan etdiyi kimi, soyğunçular tezliklə tutulublar.
“Lionda qiymətli metallar fabrikinə hücumda partlayıcı maddələrdən istifadə edən altı nəfər cinayət başında həbs edilib. Lion Sürətli Müdaxilə Briqadasına minnətdarlığımı bildirirəm”, – o yazıb.
E.ŞİRİNOV