2 Noyabr 2025 / 19:29

İsraillilər Azərbaycana müalicəyə gəlirlər?

Maraqlıdır, adətən ən ağır xəstələrin müalicə üçün İsrailə getdiyini eşidirik… Amma bu dəfə əks faktla qarşılaşdıq. “Azadlıq” radiosu elə bir məlumat paylaşıb ki, adam çaş- baş qalır. Tezadlar.az həmin məlumatı təqdim edir: “Bu ilin ilk 9 ayı ərzində turizm məqsədilə İsraildən Azərbaycana 36 min 37 nəfər səfər edib. Onların 23 min 948 nəfəri və ya 66,4%-i ölkəyə istirahət və əyləncə məqsədilə gəlib. Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən Azərbaycana gələn turistlərin sayı 13 min 619 nəfər və ya 60,7% artıb. Müalicə üçün Azərbaycana gələn israilli turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 dəfə artaraq 159 nəfərə çatıb…”.
Bizcə, İsraildən Azərbaycana müalicəyə gələnlər nəsə şübhəli görünür. Bu ola bilsin gömrük bəyannamələri imzalanarkən “Azərbaycana səfərdə məqsəd nədir?” sualına “Müalicəyə” ifadəsi yazılıb. Çünki İsraildə tibb və səhiyyənin səviyyəsi yüksəkdir və ABŞ standartları diqtə edir.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!