3 Noyabr 2025 / 11:47

Beynəlxalq Elmi Jurnalın redaksiya heyətinin növbəti iclası keçirilib

2 noyabr 2025-ci ildə #Science, #Education#Innovation istiqamətlərini birləşdirən Beynəlxalq Elmi Jurnalın redaksiya heyətinin növbəti iclası keçirildi. Görüşdə qarşıdakı dövr üçün fəaliyyət planı, yeni elmi yanaşmalar və qlobal elmi trendlərə uyğun çağırışlar müzakirə olundu.

Tezadlar.az  xəbər verir ki, bu barədə tanınmış təhsil eksperti Kamran Əsədov sosial media hesabında məlumat verib.
O diqqətə çatdırıb ki, Azərbaycan elminin beynəlxalq tanınması, tədqiqat nəticələrinin daha geniş auditoriyaya təqdim edilməsi və yerli alimlərin elmi əlaqələrinin möhkəmləndirilməsi bu jurnalın əsas məqsədlərindəndir.
“Biz inanırıq ki, elmin keyfiyyətli təqdimatı yalnız məqalə dərc etmək deyil, həm də elmi düşüncə və analitik baxışın inkişafına xidmət etməlidir.
Yaxın zamanda jurnalın fəaliyyət tezliyi və keyfiyyəti artırılacaq, beynəlxalq indeksləşmə prosesləri sürətləndiriləcək və dünya elmi mühitinə inteqrasiyanı təmin edən mexanizmlər tətbiq olunacaq. Məqsədimiz — Azərbaycan üçün dünya səviyyəli elmi jurnal formalaşdırmaq, ölkəmizin elmi potensialını qlobal miqyasda tanıtmaqdır”, -deyə  Kamran Əsədov bildirib.
Y.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!