Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına icazə vermək öhdəliklərini yerinə yetirmir və razılaşdırılmış miqdarda təchizata icazə vermir.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
“İsrail atəşkəsi pozmağı dayandırmalıdır. O, həmçinin humanitar yardımın çatdırılmasını təmin etmək öhdəliklərini yerinə yetirmir. Təxminən 600 yardım yük maşınının və 50 yanacaq çəninin girişini təmin etmək lazımdır. Amma açığı, biz bu rəqəmin Qəzzaya daxil olduğunu görmürük”, – deyə Fidan İstanbulda Qəzza ilə bağlı keçirilən yeddi müsəlman ölkəsinin xarici işlər nazirlərinin görüşünün ardınca bildirib.
O, həmçinin bildirib ki, “beynəlxalq ictimaiyyət atəşkəs elan ediləndən bəri təxminən 250 qəzzalını öldürən” İsrailə təzyiq göstərməlidir.
E.ŞİRİNOV