Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanunun qəbulu gecikir.
Tezadlar.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2026-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi” adlı fəaliyyət istiqamətində dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin 2023-cü ildə hazırlanması və qəbulu nəzərdə tutulsa da, indiyə qədər bu tədbir icra edilməyib.