5 Noyabr 2025 / 12:44

“Səhər Poçtu” verilişinin məşhur aparıcısı vəfat edib

Rusiya televiziyasının əfsanəsi 77 yaşında dünyasını dəyişib.

Rusiya televiziyasının məşhur “Səhər Poçtu” (“Утренняя почта”)  verilişinin aparıcısı Yuri Nikolayev Moskvada vəfat edib.

Tezadlar.az  Rusiya KİV-nə istinadən xəbər verir ki, aparıcının ölüm səbəbi xərçəng olub. O, 18 il ağır xəstəliklə mübarizə aparıb.

Yuri Nikolayev KİV-ə verdiyi açıqlamada  xərçəngin getdikcə zəiflədiyini bildirsə də, ulduzun ailəsi Yurinin alkoqol asılılığının onun sağlamlığını daha da pisləşdirdiyini gizlətmirdi.

“Səndə bağırsaq xərçəngi var” xəbərini eşidəndə  dünya gözümdə qaraldı.. Özümə yazığım gəlməyi özümə qadağan etdim. Xəstəliyimin səbəbini bilmirəm. Bəli, qorxuram, amma yaşamalıyam. Yaşamaq istəyirəm”, – deyə teleaparıcı əvvəllər bildirmişdi.

Noyabrın 4-də Nikolayev üçün təcili yardım çağırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Yurinin ailəsindən yalnız həyat yoldaşı Eleonora qalıb – onun övladı olmayıb.

Qeyd edək ki, vaxtilə “Утренняя почта” verilişinin Azərbaycanda da xeyli sayda izləyicisi vardı. «Утренней звезды» da şoumenin  tamaşaçılara təqdim etdiyi uzunömürlü layihələrdən biridir.

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!