Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu ilin yanvar-sentyabr aylarında Qərbi Avropa ölkələrindən Azərbaycana 83,4 mindən çox xarici vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Tezadlar.az Dövlət Turizm Agentliyinin hesabatına əsasən xəbər verir ki, təkcə cari ilin sentyabr ayında qeyd edilən regiondan gələnlərin sayı 16 minə yaxın təşkil edib. Bu, 2024-cü ilin sentyabr ayına nisbətdə 13 faiz, cari ilin avqust ayına nisbətdə isə 46,7 faiz çoxdur.
2025-ci ilin sentyabr ayında Qərbi Avropa ölkələrindən Azərbaycana gələn turistlərin sayına görə TOP 10 ölkə:
Birləşmiş Krallıq – 4631
Almaniya – 2950
İtaliya – 1984
İspaniya – 1013
Niderland – 1002
Fransa – 883
Avstriya – 463
Belçika – 452
Portuqaliya – 395
Yunanıstan – 382