5 Noyabr 2025 / 17:06

K Group Bakıkart”: Bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tətbiq olunacaq

İlin sonunadək bütün marşrut avtobuslarında NFC ödəniş sistemi tam şəkildə tətbiq olunacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq “K Group Bakıkart”dan bildirilib.

Məlumata görə, bu addım sərnişinlərə metro və avtobuslarda eyni ödəniş rahatlığından istifadə imkanı yaradacaq.

Bildirilib ki, bu layihə ilə Bakı nəqliyyatı daha çevik, müasir və texnoloji bir mərhələyə qədəm qoyur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!