6 Noyabr 2025 / 09:36

Azərbaycan Televiziyası və Radiosu Günüdür-TƏBRİK

Bu gün Azərbaycan televiziyasının 69, radiosunun isə 99 yaşı tamam olur… Tezadlar.az tarixə nəzər salaraq qeyd edir ki, 1926-cı il noyabrın 6-da Azərbaycan radiosunun əsası qoyulub.

Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. 1956-cı il fevralın 14-də isə Bakıda Azərbaycan Televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan Televiziyasının yaranma tarixi sayılır. Azərbaycan teleradiosu ötən illər ərzində milli-mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb. Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir, rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir. Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir.

Hazırda Azərbaycanda 20-yə yaxın TV fəaliyyət göstərir, çoxsaylı da internet üzərindən yayımlanan TV-lər. Lakin təəssüflər olsun, TV-lərimizin dövlətdən yardım alanları əsasən TV büdcəsinə xidmət edir, milli dəyərlərimizin qorunmasına yox. Bu isə daim ictimai qınağa gətirib çıxarır. Bayağı, hətta küçə mahnılarını efirə çıxarmaq, xalqa təqdim etmək yolverilməzdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!