Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tamaşaçıların izləməsinə görə rekord qazanan “Uzak şehir” sirialının aktyoru Ozan Akbaba, “Harper’s Bazaar” jurnalı tərəfindən keçirilən “Women of the Year” adlı mükafatlandırmada ‘’İlin kişisi” nominasiyasının qalibi olub.
Tezadlar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, serialın lentə alındığı Mardindən İstanbula gələrək mərasimdə iştirak edən istedadlı aktyora mükafatı prodyuser Lale Eren təqdim edib.
Qeyd edək ki, Ozan Akbabanın baş rol aldığı “Uzak şehir” serialı ikinci sezondur ki, müvəfəqiyyətlə davam etməkdədir. Milyonlarla tamaşaçı sevgisi qazanmış serial Azərbaycanda da xeyli sayda izləyici ordusu toplaya bilib.
Layihədə Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.
Məlum olduğu kimi, Ozan Akbaba Qarsda dünyaya gəlib və əslən Borçalının Qarapapaq türklərindəndir
JASMİN
