6 Noyabr 2025 / 10:34

“Uzak şehir”in sevilən aktyoru “İlin kişisi” nominasiyası üzrə qalib oldu

Tamaşaçıların izləməsinə görə rekord qazanan “Uzak şehir” sirialının aktyoru Ozan Akbaba, “Harper’s Bazaar” jurnalı tərəfindən keçirilən “Women of the Year” adlı  mükafatlandırmada ‘’İlin kişisi” nominasiyasının qalibi olub.

Tezadlar.az  Türkiyə KİV-nə istinadən xəbər verir ki, serialın lentə alındığı Mardindən İstanbula gələrək mərasimdə iştirak edən istedadlı aktyora mükafatı prodyuser Lale Eren təqdim edib.

Qeyd edək ki, Ozan Akbabanın baş rol  aldığı “Uzak şehir” serialı ikinci sezondur ki, müvəfəqiyyətlə davam etməkdədir. Milyonlarla tamaşaçı sevgisi qazanmış serial Azərbaycanda da xeyli sayda izləyici ordusu toplaya bilib.

Layihədə Sinem Ünsal, Ozan Akbaba, Qonca Cilasun, Müfit Kayacan kimi məşhur aktyorlar rol alır.

Məlum olduğu kimi, Ozan Akbaba Qarsda dünyaya gəlib və əslən Borçalının Qarapapaq türklərindəndir

JASMİN

 

 

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!