Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ötən gün səhər saatlarından etibarən Bakının bir neçə əsas magistral yollarında ciddi nəqliyyat sıxlığı yaranıdı. Səhərə Sumqayıt istiqamətindən girişdə, eləcə də Babək prospektində, 8 Noyabr prospekti və Heydər Əliyev prospektinin aşağı hissəsində hərəkət tam dayanmışdı. Sürücülər bildirirdilər ki, artıq 3 saata yaxındır yoldadırlar, lakin şəhərin mərkəzinə daxil ola bilmirlər və s. Ən pisi odur ki, bu cür xaos səbəbindən ictimai nəqliyyatda da oxşar vəziyyət yaranmışdı.

***
Bəs həm də Bakıda nəqliyyatın idarəçiliyinə cavabdeh olan rəsmi qurum-AYNA nə etdi və ya nə etməli idi? AYNA-nın mətbuat xidməti isə məlumat yaymaqla məşğuldur, bəs tədbir görmək?! Rəsmi məlumat yayıldı-yayılmadı, hamı bilir ki, məsələn, filan küçədə tıxac var. Bəs tədbir görmək? Bu kimin işidir və niyə bu iş başlı-başına buraxılır? Məsələ ondadır ki, bu xidmət işləməlidir ki, məlumat hamıya çatsın, həm də tədbir görülsün. Bir neçə cümləlik press-reliz yaymaqla məsələ bitmir. Xəbəri görən gördü, görməyən — xəbərsiz qaldı.
***

Təbii ki, bu ağrılı məsələdə ən çox görünməli AYNA rəsmiləridir, onlar da nəinki görünmürlər, fəaliyyətləri də yox kimidir. Hamını ictimai nəqliyyatdan istifadəyə səsləyirlər. Halbuki ictimai nəqliyyat da eyni gündədir- saatlarla yollarda qalma var!
Mətbuat katibi olmaq təkcə mediaya bir cümləlik xəbər göndərmək deyil. İş ondadır ki, o məlumatlar hamıya çatmalıdır. Yol bağlanması adi məsələ deyil. Bu, insan həyatına birbaşa təsir edir. İşə gediriksə, yolla gedirik, yasa gediriksə, yolla gedirik. Heç kim göydən uçmur, hər kəsin işi yoldan keçir. Mən mətbuatın içində olan biri kimi deyirəm: xəbərlərin içində olduğum halda belə, bu məlumatı görməmişəm ki, məsələn, filan küçə bağlı olacaq. Mən görməmişəmsə, fəhlə hardan görsün? Bankda işləyən necə xəbər tutsun? Bazarda işləyən adam xəbəri hansı mənbədən alsın? Bu, səriştəsiz mətbuat xidməti fəaliyyətinin nəticəsidir. Bu səbəbdən məlumatlandırma məsuliyyəti çox önəmlidir.
Əgər bir yol bağlanırsa:

Dünən yollardakı xaos səbəbindən insanlar yollarda qalmışdı, çoxu avtobusdan düşüb yarı yoldan piyada getməli olmuşdu. Əgər avtobus da yollarda-tıxacda qalırsa, daha AYNA-nın «İctimai nəqliyyatdan istifadə» siyasətinə ehtiyac qalırmı? Onsuz da darısqal Bakı küçələrini daha da daraldaraq parklamalar düzəldib qazanc güdməyin sonu belə də olmalı idi! Odur ki, Bakının tıxac problemi yollardan deyil, AYNA-nın «İctimai nəqliyyatdan istifadə» siyasətinə yenidən baxmaqdan keçir…
Elşad FƏRMANOĞLU