6 Noyabr 2025 / 16:55

Saakaşvili Tbilisidə azərbaycanlı gənclərin döyülməsini təxribat adlandırdı

Ötən gün Tbilisidə mağazada işləyən yerli azərbaycanlı gənclərə qarşı törədilən təhqiramiz ifadələr və fiziki güc ictimaiyyətdə ciddi narazılıq yaradıb. Tezadlar.az xəbər verir ki, məsələ ilə bağlı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili sosial şəbəkədə paylaşım edərək insidentə münasibət bildirib. O qeyd edib ki, “Gürcü Arzusu” tərəfdarları tərəfindən saxlanılan qadın — Vakedən olan Manço — 2013-cü ildə onun pizzereyasına girmiş və təxribat törətmişdi. Bu dəfə isə o, dəstəsi ilə birlikdə azərbaycanlı vətəndaşlara hücum edib.

 Saakaşvilinin sözlərinə görə, qadın saxlanılsa da, həbsdə saxlanılmayacaq. Sitat: “İvanişvilinin dayaqları məhz bu cür insanlardır. Bidzina, müdaxilə et və tərəfdarını azad et, yoxsa ‘köhnə oğlanlar’ və ‘köhnə qızlar’ da səndən üz döndərəcəklər”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!