Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Aprel döyüşləri şəhidi, XTQ giziri Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Tezadlar.az-ın məlumatına görə, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astaranın Əzərüd kəndində anadan olub.
O, 17 illik hərb həyatında Azərbaycan Ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb.
Gizir Pəncəli Teymurov Aprel döyüşlərində döyüş dostları – Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və aprelin 3-də qəhrəmancasına şəhid olub. Aprelin 11-də doğulduğu kənddə dəfn edilib.
Xatırladaq ki, 2023-cü ildə müdafiə nazirinin müavini, general-polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb, şəhidin məzarını ziyarət etmişdi.