12 Noyabr 2025 / 14:20

Təyyarə qəzasından sonra Gürcüstanda 18 türk hərbçisinin cəsədi tapılıb

Hadisə ilə əlaqədar Türkiyə hüquq-mühafizə orqanlarının da daxil olduğu beynəlxalq istintaq qrupu yaradılıb

Xilasedicilər Gürcüstanda Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsindəki 20 hərbçidən 18-nin cəsədini tapıblar.

Tezadlar.az bildirir ki, Gürcüstanın daxili işlər naziri Gela Geladze bu barədə məlumat verib.

“Gəmidə ekipaj üzvləri də daxil olmaqla 20 nəfər olub. 18 nəfər tapılıb. Təəssüf ki, onlar ölüb. İki nəfərin axtarışı davam edir. Mən Türkiyənin daxili işlər naziri ilə daim əlaqə saxlayıram və koordinasiyadayam”, – Geladze deyib.

Daxili işlər naziri həmçinin qeyd edib ki, hadisə ilə əlaqədar olaraq Türkiyə hüquq-mühafizə orqanlarının da daxil olduğu beynəlxalq istintaq qrupu yaradılıb. Onlar gecə boyu hadisə yerində olublar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!